Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyuk “Visla”da növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Polşa çempionatının 13-cü turu çərçivəsində baş tutan “Legiya” ilə matçın iştirakçısı olub.
Plotsk təmsilçisi bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Anton Krivotsyuk bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.
“Visla” 13 oyuna topladığı 24 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.


