Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 12-ci turu çərçivəsində “Servett”lə qarşılaşıb.
“Qrasshopper” bu rəqiblə doğma meydanda qarşılaşıb. Beş qolun qeydə alındığı qarşılaşma futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 2:3.
Renat Dadaşov bu görüşün ilk dəqiqələrindən meydanda olub. O, 62-ci dəqiqədə əvəzlənib.
“Qrasshopper” hazırda 14 xalla 10 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.


