Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası İsveçrə çempionatının 15-ci turu çərçivəsində “Senkt Qallen”lə qarşılaşıb.
“Qrasshopper” bu rəqiblə səfərdə qarşılaşıb. Üç qolun qeydə alındığı qarşılaşma futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 1:2.
Renat Dadaşov bu görüşə start heyətdə başlayıb. O, 54-cü dəqiqədə, hesab 1:1 olarkən əvəzlənib.
“Qrasshopper” hazırda 17 xalla 10 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.


