Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Turan Tovuz” – “Qarabağ” matçı sabah keçiriləcək. Arena.az xəbər verir ki, sözügedən qarşılaşma üçün təyinatlar artıq məlumdur.
Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Oyunu Tural Qurbanovun rəhbərliyi ilə aşağıdakı hakimlər briqadası idarə edəcək.
Azərbaycan Premyer Liqası
3-cü turun oyunu
9 noyabr
“Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
Tovuz şəhər stadionu, 14:30.


