Türkiyənin “Kasımpaşa” komandasının baş məşqçisi Şenol Can istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın uğursuz nəticələri səbəb olub. Son beş matçda qələbəyə həsrət qalan elita təmsilçisi hazırda 15 xalla 19 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.
Şenol Can bu mövsümün əvvəlində, 18 avqustda baş məşqçi postuna gətirilmişdi. Super Liqanın 3-cü turundan sonra istefaya göndərilən Sami Uğurlunu əvəz edən gənc mütəxəssis bu komandanı bütövlükdə 14 rəsmi matça çıxarıb.
Bolqarıstandan olan 39 yaşlı məşqçi 2021-ci ilin martında da “Kasımpaşa”nın baş məşqçisi təyin olunmuş, lakin avqustda istefaya göndərilmişdi.


