Emmanuel Apeh “Sabah”da ilkə imza atdı

Sabah”ın hücumçusu Emmanuel Apeh Azərbaycan klubunun tarixinə düşüb. Arena.az xəbər verir ki, o, Bakı təmsilçisinin heyətində het-trik edən ilk futbolçu olub.

2017-ci ilin yayından peşəkar səviyyədə çıxış edən klubun üzvləri indiyədək Birinci Divizion, Azərbaycan Kuboku və Premyer Liqada keçirilən görüşlərin heç birində het-trik etməmişdilər.

Emmanuel Apeh Azərbaycan kubokunda fərqlənib. O, 1/8 final mərhələsi çərçivəsində baş tutan “Qaradağ Lökbatan”la görüşdə vurduğu 3 qolla 5:0 hesablı qələbədə pay sahibi olub.

Bu, “Sabah”ın tarixində ən böyükhesablı qalibiyyət rekordunun təkrarıdır. Bakılılar 5-ci dəfə beş top fərqi ilə qalib gəlib. Paytaxt təmsilçisi Birinci Divizionda oynadığı 2017/18 mövsümündə “Zaqatala” və “Binə”ni, Azərbaycan Kubokunun 2019/20 mövsümündə “Ağsu”nu, Premyer Liqanın cari mövsümündə isə “Kəpəz”i 5:0 hesabı ilə məğlub etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: