AFFA Tovuzdakı hadisələrlə bağlı cəzaları açıqladı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qəbələ” – “Qarabağ” matçında “Qəbələ”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

“Neftçi” – “Zirə” matçında “Neftçi”nin 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

“Neftçi” – “Zirə” matçında “Zirə”nin futbolçusu Təmkin Xəlilzadə oyunun 120+1-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb. Klub isə buna görə 200 manat cərimə edilib.

“Neftçi” – “Zirə” oyununda “Zirə”nin futbolçusu Hacıağa Hacılı oyunun 120+2-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb. Klub isə buna görə 200 manat cərimə edilib.

“Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz”un qapıçısı Tərlan Əhmədli oyundan sonra ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalandırılıb, klubu 200 manat cərimə edilib.

“Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz”un azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələrin işlənməsinə görə Tovuz klubu 4000 manat cərimə edilib.

“Turan Tovuz” – “Kəpəz” matçında meydançaya kənar əşyaların atılmasına görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilib.

“Turan Tovuz” – “Kəpəz” matçında kənar şəxslərin meydançaya daxil olmasına görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilib.

“Turan Tovuz” – “Kəpəz” matçında pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib.

“Turan Tovuz” – “Kəpəz” matçında “Kəpəz”in azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələrin işlənməsinə görə “Kəpəz” klubu 4000 manat cərimə edilib.

“Turan Tovuz” – “Kəpəz” matçında “Kəpəz”in futbolçusu Mate Kvrikviya oyundan sonra ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, klubu 200 manat cərimə edilib.

“Turan Tovuz” – “Kəpəz” matçında “Kəpəz”in azarkeşləri tərəfindən stadiona dəymiş ziyan (oturacaqların sındırılması) “Kəpəz” klubu tərəfindən tam ödəniləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: