“Sumqayıt” ilk dəfə braziliyalı futbolçu ilə gücləndi

Sumqayıt” futbol klubu 2022/23 mövsümünün dövrələrarası fasiləsində ilk futbolçu transferini reallaşdırıb. Arena.az xəbər verir ki, sözügedən klub Ukraynanın “Kolos” (Kovalivka) klubundan yarımmüdafiəçi Dieqo Kariokanı heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu bu mövsümün sonuna qədər icarəyə götürülüb. Lakin braziliyadan olan vingerlə sözləşmədə müqavilənin müddətinin uzadılması şərti də var.

Dieqo Karioka “Sumqayıt”ın tarixinə ilk braziliyalı futbolçu kimi düşüb. O, karyerası ərzində “Şaxtyor” (Soliqorsk, Belarus), “Vitebsk” (Belarus), “Yagelloniya” (Polşa), “Zalaegerseq” (Macarıstan) və “Kolos” (Ukrayna) kimi klublarda çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: