Aleksandr Petrakov Ermənistan yığmasına baş məşqçi təyin olundu

Bir neçə gün öncə Ukrayna milli komandasının baş məşqçi postundan ayrılan Aleksandr Petrakov özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, ukraynalı mütəxəssis bundan sonra Ermənistan yığma komandasını çalışdıracaq.

Bu barədə Ermənistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Onunla müqavilənin detalları açıqlanmayıb.

Petrakovun sonuncu iş yeri Ukrayna yığması olub. O, bu komandadan bir neçə gün öncə ayrılmışdı.

Xatırladaq ki, Aleksandr Petrakov 2021-ci ilin noyabrından Ukrayna milli komandasına rəhbərlik edirdi. 65 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 15 matça çıxarıb. Ukraynalılar bu görüşlərdə 6 qələbə qazanıb, 7 heç-heçə edib, cəmi 2 görüşdə məğlubiyyətə üzülüblər. Ukrayna millisi onun rəhbərliyi altında pley-offda Uelsə məğlub olaraq DÇ-2022-yə vəsiqə qazana bilməmişdi. Mütəxəssis buna qədər Ukraynanın müxtəlif yaş qruplarından ibarət yığmalarını da çalışdırıb.

Petrakovdan əvvəl Ermənistan millisini ispaniyalı Xoakin Kaparros çalışdırırdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: