Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyuk Plotsk “Visla”sında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Polşa çempionatının 18-ci turu çərçivəsində baş tutan “Lexiya” (Qdansk) ilə matçın iştirakçısı olub.
Plotsk təmsilçisi bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda meydanı məğlubiyyətlə tərk edib – 0:1.
Anton Krivotsyuk bu görüşə start heyətdə, sol cinah müdafiəçisi kimi başlayıb. O, 90 dəqiqə meydanda olub.
“Visla” 18 oyuna topladığı 28 xalla 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.


