Renat Dadaşov qol vursa da, komandası 1/4 finala çıxa bilmədi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası İsveçrə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Bazel”lə qarşılaşıb.

“Qrasshopper” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 3:5.

Renat Dadaşov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Yığmamızın hücumçusu 52-ci dəqiqədə penaltidən fərqlənməklə komandasının ikinci qolunu vurub. O, 61-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: