Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 21-ci turu çərçivəsində “Sürix”lə qarşılaşıb.
“Qrasshopper” bu rəqiblə doğma meydanda qarşılaşıb. Üç qolun qeydə alındığı oyunda qonaqlar qalib gəliblər – 2:1.
Renat Dadaşov bu görüşün ilk dəqiqələrindən meydanda olub və 76-cı dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 30-cu dəqiqədə yığmamızın forvardı vurub. O, penalti zərbəsini dəqiq yerinə yetirib. Lakin 66 və 73-cü dəqiqələrdə iki qol buraxan futbolçumuzun komandası meydanı xalsız tərk edib.
Ardıcıl ikinci, cari mövsümdə isə 9-cu məğlubiyyətini alan “Qrasshopper” hazırda 24 xalla 10 kollektiv arasında 7-ci pillədə qərarlaşıb. Dadaşovun hesabında isə 20 oyuna 6 qol və 2 məhsuldar ötürmə var.


