Renat Dadaşov 63 dəqiqə oynadı, “Qrasshopper”…

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 23-cü turu çərçivəsində “Sankt Qallen”lə qarşılaşıb.

“Qrasshopper” bu rəqiblə səfərdə qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar – 1:1.

Renat Dadaşov bu görüşün ilk dəqiqələrindən meydanda olub. O, 48-ci dəqiqədə sarı vərəqə alıb, 63-də isə əvəzlənib.

Ardıcıl üç məğlubiyyətdən sonra nəhayət ki, xal sevinci yaşayan “Qrasshopper” hazırda 25 xalla 10 kollektiv arasında 7-ci pillədə qərarlaşıb. Dadaşovun hesabında isə 22 oyuna 6 qol, 2 məhsuldar ötürmə və 7 sarı vərəqə var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: