“Mingəçevir” komandası qəzaya düşdü – PFL oyunu təxirə saldı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda mübarizə aparan “Mingəçevir” komandası bu gün avtomobil qəzasına uğrayıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, sözügedən komanda Birinci Divizionun 20-ci turu çərçivəsində qarşılaşacağı “Şamaxı”nın əvəzediciləriylə səfər oyununa gedərkən yolda avtomobil qəzası ilə üzləşib. Son məlumata görə, futbolçular və komandanın rəhbər şəxsləri arasında xəsarət alanlar var. Amma xoşbəxtlikdən həyatını itirən yoxdur.

Bu fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: