Azərbaycan çempionu “Qarabağ”la Türkiyənin “Qalatasaray” komandası arasında keçiriləcək yoldaşlıq görüşünün biletləri satışa çıxarılır. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, xeyriyyə məqsədi ilə keçiriləcək yoldaşlıq görüşünün biletləri sabah saat 11:00-dan etibarən satışda olacaq.
Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.
Biletləri aşağıdakı satış məntəqələrindən almaq olar:
▪️ Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
▪️ Iticket.az-ın satış məntəqələri;
▪️ “Park Bulvar”da yerləşən “Qarabağ” Futbol Klubunun Fan-Şopu.
Biletləri iticket.az-dan onlayn formada da əldə edə bilərsiniz.
Xatırladaq “Qarabağ” və “Qalatasaray” arasındakı yoldaşlıq görüşü martın 26-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Hər iki klub qarşılaşmadan əldə olunacaq bütün gəlirin Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcəyini açıqlayıb.



