Azərbaycan yığması Budvadan 6 medalla qayıdır

Azərbaycan yığması Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən dünya kubokunu 6 medalla başa vurub. Arena.az xəbər verir ki, beynəlxalq turnirə ötən gün yekun vurulub.

Azərbaycan yığması 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı yarışı 1 gümüş və 5 bürünc medalla yekunlaşdırıb.

Turnirin finalında Ömər Aslanlı (54 kq) meksikalı Andrey Bonilya ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından təmsilçimiz yarışı ikinci pillədə başa vurub.

Beləliklə, yığmamızın Budvada qazandığı medalların sayı 6-ya çatıb. Aslanlıdan öncə Məhəmmədəli Aşurəliyev (57 kq), Ziya Həsənov (71 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc mükafata sahib olublar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: