İkinci Liqa: “Qaradağ”dan “Şəmkir”ə 7 cavabsız qol

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 4-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

“Ağdaş” doğma meydanda “Zəngəzur”a, “Hypers” “Dinamo”ya, “Kür-Araz” isə “Difai”yə məğlub olub. “Qaradağ Lökbatan” isə “Şəmkir”lə ev oyunundan 7 cavabsız qolla qalib ayrılıb.

İkinci Liqa
4-cü tur

20 sentybar

“Şirvan” – “Şəki” 6:0
Qollar: Amil Yunanov, 5; 13; 28; 76. Çingiz Məmmədov, 38. Elcan Məmmədov, 42.
Hakimlər: Sənan Bayramzadə, Əkbər Əliyev, Sadiq Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Marafon” – “Ağstafa Gəncləri” 2:1
Qollar: Emil Quluzadə, 23. Fərid Nadirov, 38 – Ramin Süleymanov, 56.
Hakimlər: Rasim Musayev, Rizvan Süleymanov, Ruslan Məmmədov, Hacıağa Həsənov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

21 sentyabr

“Ağdaş” – “Zəngəzur” 0:2
Qollar: Ruslan Voronsov, 79. Tural Qurbatov, 83.
Hakimlər: Nahid Xasıyev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Vaqif Vəliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Ağdaş şəhər stadionu, 15:30.

“Hypers” – “Dinamo” 1:2
Qollar: Ceyhun Rəcəbli, 8 – Nuran Muradlı, 49. Ziya Məmmədli, 52.
Hakimlər: Kamil Aydınov, Cavid Ömərov, Tural Bayramov, Mehdi Yusifov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bərdə şəhər stadionu, 15:30.

“Kür-Araz” – “Difai” 3:5
Qollar: Sənan Həsənov, 8. Bayram Əliyev, 11; 38 – Azər Xəlilzadə, 40. Miraqşin Abbasov, 44. Ayxan Qaracayev, 77. Enar Ağalarov, 90+1. Məmməd Məmmədov, 90+7.
Hakimlər: Nəriman Ağayev, Nurlan Əhmədzadə, Samir Cabbarov, Samir Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qaradağ Lökbatan” – “Şəmkir” 7:0
Qollar: Rəhman Quliyev, 15. Əli Əlizadə, 18; 84. Ramil Orucov, 20. Əjdər Hacılı, 65; 76. Kamil Mahmudov, 89.
Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Ləman Əmirli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: