“Neftçi”nin futbolçusu Sessi D’Almeyda Afrika Millətlər Kubokunun seçmə mərhələsində mübarizə aparan Benin millisinə dəvət olunub.
Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, Benin seçməsi sentyabrın 25-də Burkina Faso, 29-da Mavritaniya yığması ilə üz-üzə gələcək. Oktyabrın 6-da isə bu komandanı Argentina yığması ilə yoxlama matçı gözləyir.
Xatırladaq ki, “Neftçi” Sessi D’Almeydanı 2025-ci ilin yayında Kiprin “Apollon” (Limassol) klubundan 200 min avroya transfer edib. Həmin vaxt onunla 2+1 illik müqavilə imzalanıb. Sessi paytaxt klubunun heyətində meydana çıxdığı 26 oyunda 1 qol və 1 assistlə yadda qalıb.
Fransanın Bordo şəhərində anadan olmuş Sessi D’Almeyda eyniadlı klubun yetirməsidir. Fransa, İngiltərə, Portuqaliya, Kipr liqalarında çıxış etmiş futbolçunun karyerası ərzində formasını geyindiyi klubların siyahısı belədir: “Bordo”, PSJ (B), “Barnsli”, “Bləkpul”, “Yovil Taun”, “Valensyen”, “Tondela”, “Po”, “Apollon” (Limassol).
D’Almeyda 2015-ci ildə debüt etdiyi Benin yığmasının heyətində 46 matçda meydana çıxıb, 1 qola imza atıb.


