Futbol üzrə Azərbaycan Kubokunun və Azərbaycan çempionatının sonuncu qalibi “Sabah” Premyer Liqada 250-ci oyununu keçirib.
Arena.az xəbər verir ki, Bakı klubu turnirin tarixinə 250 və daha çox matça çıxan 16-cı komanda olub.
Paytaxt təmsilçisinin yubileyi Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 6-cı turuna təsadüf edib. “Sabah” evdə “İmişli”yə qalib gəlib – 3:1.
Son ölkə çempionu 250 qarşılaşmada 112 qələbə qazanıb, 62 heç-heçə edib və 76 dəfə uduzub. Oyunlardan 125-i evdə, 125-i səfərdə baş tutub.
Qeyd edək ki, “Sabah” ilk matçını 2018-ci il avqustun 12-də səfərdə “Sumqayıt”a qarşı keçirib. “Bayquşlar” həmin matçdan 1:0 hesablı qələbə ilə ayrılıblar.
Paytaxt təmsilçisi cari mövsümdə keçirdiyi 5 oyunun hamısından qələbə ilə ayrılıb və 15 xalla yarış cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Bayquşlar”ın bir oyunu da təxirə salınıb.


