Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İsveçlə səfər oyununu fransalı qadın hakim Stefani Frappar idarə edəcək. Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
UEFA İsveçin Solna şəhərində keçiriləcək bu oyunu Fransadan olan hakimlərə həvalə edib. Qarşılaşmanın baş hakimi 39 yaşlı xanım referi Stefani Frappar idarə edəcəksə, ona həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost yan xətt hakimləri qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Bastyen Deşepi yerinə yetirəcək.
Xatırladaq ki, İsveç – Azərbaycan oyunu martın 27-də Solna şəhərindəki “Friends Arena”da keçiriləcək. Bu qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Millimiz AÇ-2024-ün seçmə mərhələsi çərçivəsindəki ilk matçını isə bu gün səfərdə Avstriya yığmasına qarşı keçirəcək. Bu oyuna Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.


