Azərbaycan yığması Türkiyə millisi ilə 3 oyun keçirəcək

Çimərlik futbolu üzrə Azərbaycan yığması təlim-məşq toplanışı və yoxlama oyunları keçirmək üçün Türkiyəyə yollanacaq. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, millimizin aprelin 30-dan mayın 7-nə qədər Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı olacaq.

Azərbaycan yığması hazırlıq çərçivəsində Türkiyə millisi ilə üç yoxlama oyunu keçirəcək.

Artıq hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısı da məlumdur.

Yığmamıza dəvət almış futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov

Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Amid Nəzərov
Orxan Məmmədov
Fuad Hüseynov
Kamil Hüseynov
Bayram Paşazadə
İsa Zeynallı
Sabir Allahquliyev
Ramil Əliyev
Tural Qurbatov
Emil Həsənzadə
Kamran Qürbətov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: