Simone İnzaqi ÇL-in finalı haqda: “Oyunumuzla fəxr etməliyik”

İnter”in baş məşqçisi Simone İnzaqi komandasının Çempionlar Liqasının finalında “Mançester Siti”yə məğlubiyyətini (0:1) şərh edib.

Arena.az “Football Italia”ya istinadən İnzaqinin fikirlərini diqqətinizə çatdırır:

“Əla oyun keçirdik və bununla fəxr etməliyik. Daha çox şeyə layiq olsaq, bu halda nə baş verəcəyini düşünməməliyik. Futbolçularımı bir-bir qucaqladım, çünki onlar da bizim azarkeşlər kimi, qeyri-adi idilər. Onlar fərqli nəticəyə layiq idilər, amma ümidvaram, onlar bu axşam komandanın oyununu görməkdən məmnun oldular.

Hamı son 25 dəqiqədə baş verənləri gördü. Görünürdü ki, top qapıya uçmaq istəmirdi. Belə də olur və təəssüf ki bu, Çempionlar Liqasının finalında baş verdi. Topu qapı tirinə vurduq, top qapı xəttində idi, zərbədən sonra sonra komanda yoldaşına dəydi, belə də olur. Biz özümüzün güclü tərəflərindən istifadə edərək, “Mançester Siti”yə qarşı oynadıq və bunu çox, çox yaxşı bacardıq”.

Xatırladaq ki, “İnter”i minimal hesabla məğlub etmiş “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: