“Sabah”, “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri konkretləşdi

Bu gün “Sabah”, “Neftçi” və “Qəbələ” komandalarının Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri bilinəcək.

Arena.az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq püşk zamanı “Neftçi” “səpələnmişlər”, “Sabah” və “Qəbələ” isə “səpələnməmişlər” səbətində yer alacaq. Püşkatmadan bir neçə saat öncə qitə futbol qurumu iştirakçıları əmsallarına uyğun qruplara bölüb. Nəticədə potensial rəqiblərin sayları azalıb və konkretləşib. Belə ki, hər bir klubumuzun mümkün rəqib sayı 5-ə enib. Azərbaycan təmsilçilərinin rəqibləri aşağıda göstərilmiş komandalardan və ya cütlərdən biri olacaq.

Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkü ötən gün atılıb. Bu mərhələnin oyunları 13 və 20 iyulda keçiriləcək. 2-ci təsnifat mərhələsinin ilk oyunları 27 iyulda, cavab görüşləri isə 3 avqustda baş tutacaq.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi

“Sabah”ın potensial rəqibləri

  1. ÇFR Kluj (Rumıniya)
  2. “Hapoel” (Beer-Şeva, İsrail)
  3. “Legiya” (Polşa)
  4. “Dunayska Streda” (Slovakiya) – “Dila” (Gürcüstan) cütünün qalibi
  5. “Makedoniya” (Şimali Makedoniya) – RFS (Latviya) cütünün qalibi

“Neftçi”nin potensial rəqibləri

  1. “Voyvodina” (Serbiya)
  2. “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi
  3. “Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi
  4. “Debretsen” (Macarıstan)
  5. ÇSKA 1948 (Bolqarıstan)

“Qəbələ”nin potensial rəqibləri

  1. “Fənərbaxça” (Türkiyə)
  2. PAOK (Yunanıstan)
  3. “Omoniya” (Kipr)
  4. “Vaduts” (Lixtenşteyn) – “Neman” (Belarus) cütünün qalibi
  5. “Hegelmann” (Litva) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi
Xəbəri sosial şəbəkələrdə paylaş: