Çimərlik futbolu üzrə millimiz Krakova bu heyətlə yollanır

Çimərlik futbolu üzrə Azərbaycan millisinin Polşanın Krakov şəhərində təşkil olunmuş Avropa oyunlarında iştirak edəcək heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Siyahıda iki qapıçı və 10 oyunçu yer alıb. Baş məşqçi Zeynal Zeynalov Krakovda bu oyunçulara güvənəcək:

Qapıçılar

  1. Elçin Qasımov
  2. Vaqif Şirinbəyov

Oyunçular

  1. Comərd Baxşəliyev
  2. Elşad Manafov
  3. Orxan Məmmədov
  4. Fuad Hüseynov
  5. İsa Zeynallı
  6. Sabir Allahquliyev
  7. Ramil Əliyev
  8. Kamran Qürbətov
  9. Amid Nəzərov
  10. Hüseyn Axundov

Xatırladaq ki, Azərbaycan yığması Avropa Oyunlarında ilk matçını iyunun 27-də meydan sahiblərinə qarşı keçirəcək. Komandamız daha sonra Portuqaliya və İspaniya yığmaları ilə də üz-üzə gələcək.

Çimərlik futbolu üzrə Azərbaycan millisinin keçirəcəyi oyunların təqvimini diqqətinizə çatdırırıq:

27 iyun
Saat 22:30. Azərbaycan – Polşa

28 iyun
Saat 18:00. Portuqaliya – Azərbaycan

29 iyun
Saat 18:00. İspaniya – Azərbaycan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: