Avropa Oyunlarında boksçularımızın ilk rəqibləri bəlli oldu

Polşanın Krakov şəhərində təşkil olunmuş 3-cü Avropa Oyunlarında bu gün boks üzrə yarışların püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, püşkə əsasən Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.

İyunun 21-də start götürmüş və iyulun 2-nə qədər davam edəcək multi-idman yarışında komandamız 13 çəki dərəcəsindən 12-də mübarizə aparacaq.

Pedro Rokenin baş məşqçisi olduğu kişilərdən ibarət yığmamız Avropa Oyunlarına tam heyətlə yollanıb. Komandanın heyətində Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5), Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) yer alıblar.

Qadınlardan ibarət millinin baş məşqçisi Yadigar Məmmədov isə Polşada Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayevaya (75 kq) şans verib.

Krakovda boks yarışları iyunun 23-dən iyulun 2-dək “Novi Tarq Arena”da baş tutacaq. Avropa Oyunları həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Kişi boksçular arasında 51 kq, 92 kq və +92 kq, qadınlarda 75 kq çəki dərəcələrində finalçılar, digər bütün çəkilərdə yarımfinalçılar Olimpiadada iştirak hüququ qazanacaqlar.

Yarışın ilk günündə yığmamızın 2 boksçusu mübarizəyə qoşulacaq. Ümid Rüstəmov (57 kq) Ronald Veresi (Macarıstan), Malik Həsənov (63,5 kq) Bartlomey Roskoviçi (Polşa) sınağa çəkəcək.

Qeyd edək ki, Avropa Oyunlarında 42 ölkədən 325 boksçu 13 çəki dərəcəsində qalibi müəyyənləşdirəcək.

Avropa Oyunları

1/16 final

23 iyun
Ümid Rüstəmov (57 kq) – Ronald Veres (Macarıstan)
Malik Həsənov (63,5 kq) – Bartlomey Roskoviç (Polşa)

24 iyun
Murad Allahverdiyev (80 kq) – Kevin Şumann (Almaniya)
Alfonso Dominqes (92 kq) – Yan Zak (İsrail)
Zeynəb Rəhimova (54 kq) – Lenuta Periyoç (Rumıniya)

25 iyun
Sərxan Əliyev (71 kq) – Mixal Takacs (Slovakiya)
Məhəmməd Abdullayev (+92 kq) – Uğur Aydemir (Türkiyə)

1/8 final

26 iyun
Məsud Yusifzadə (51 kq) – Atilla Bernat (Macarıstan)/David Alaveryan (İsrail)
Şəhla Allahverdiyeva (66 kq) – Oşin Deriyuv (Belçika)

27 iyun
Anaxanım İsmayılova (50 kq) – Soares De Pino (Portuqaliya)
Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) – Tatevik Xaçatryan (Ermənistan)
Aynur Rzayeva (75 kq) – İrina Şoenberger (Almaniya)

Xəbəri sosial şəbəkələrdə paylaş: