“Real”ın sabiq hücumçusu Qaret Beyl keçmiş komanda yoldaşı, hazırda “Əl-Nəsr”də çıxış edən Kristiano Ronaldo haqda xatirəsini paylaşıb.
Arena.az “Sport Bible”-a istinadən Beylin fikirlərini diqqətinizə çatdırır:
“Əslində, Ronaldo ilə hər şey qaydasında idi. Onun elə anları olub ki, məsələn, 5:0 hesabı ilə qalib gəlsək, qol vurmasaydı, gəlib sanki qəzəbli kimi butslarını tullayırdı. O, yaxşı oğlan idi, heç bir problemimiz yox idi və yaxşı mentaliteti də vardı.
Ronaldo “Qızıl top”ları qazananda komandaya təşəkkür edirdimi? Düşünürəm ki, bəli”.
Xatırladaq ki, Kristiano Ronaldo 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir.
Portuqal hücumçu ilə ərəb klubu arasında müqavilə 2025-ci ilə qədər nəzərdə tutulub.
Ronaldo ötən mövsüm “Əl-Nəsr”in heyətində 19 oyuna çıxıb, 14 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Kristiano Ronaldonu 15 milyon avro məbləğində qiymətləndirir.


