Heyətini gücləndirməkdə davam edən “Səbail” Anqola yığmasının yarımmüdafiəçisi Valdemar Antonio Almeydanı (Pana) transfer edib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Təcrübəli futbolçu yeni komandasında 88 nömrəli formanı geyinəcək.
Pana ləqəbi ilə daha çox tanınan Valdemar Antonio Almeydanın sonuncu iş yeri Portuqaliyanın “Akamediko Vizeu” klubu olub. O, 2016-cı ildən formasını geyindiyi bu klubda 190 oyun keçirib, 13 qol və 8 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi “Leyksoeş”, “Maritimo” və “Turizense” kimi klubların da formasını geyinib. Valdemar Anqola yığmasında da 3 oyun keçirib.
“Səbail” daha öncə Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Bahadur Həziyev, Amil Yunanov, Nir Bardea və Yadin Luqasini də heyətinə qatmışdı. Vüqar Həsənovla da yeni müqavilə imzalanıb. Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Murabdulla Abbasov, Nihad Qurbanlı, Turan Manafov, Maksim Çex və Emil Balayev isə komandanı tərk ediblər.


