Çimərlik futbolu millimiz İtaliyaya da uduzdu, sonuncu oldu

Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Zeynal Zeynalovun çalışdırdığı komandamız Bakıda baş tutan seçmə mərhələdəki üçüncü oyununda İtaliya yığması ilə qarşılaşıb.

“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunan oyunda İtaliya futbolçuları qələbə qazanıblar – 3:2. Azərbaycan yığmasından qolları dubla imza atan Ramil Əliyev vurub.

Bir daha qeyd edək ki, dünya çempionatının seçmə mərhələ oyunları Bakıda keçirilir. Bu gün A qrupunun digər görüşündə Estoniya və Moldova seçmələri qarşılaşıblar. Bu oyunda isə Moldova yığması 6:2 hesabıyla üstün olub.

Millimiz daha öncə Moldovaya 2:3, Estoniyaya da 4:7 hesabıyla uduzmuşdu.

Komandamız üç məğlubiyyətin ardından qrup sonuncusu olub. A qrupundakı yekun vəziyyət belə olub:

İtaliya – 9 xal
Moldova – 6 xal
Estoniya – 3 xal
Azərbaycan – 0 xal

Qrup sonuncusu olmasına baxmayaraq, Azərbaycan yığmasının qarşıda 13-16-cı yerlər uğrunda mübarizə gözləyir. Komandamız sabah Litva yığması ilə qarşılaşacaq. Hansı ki, bu kollektiv də Ukrayna, İspaniya və Polşa yığmasıyla birgə yer aldığı B qrupunda 0 xalla sonuncu olub.

Xatırladaq ki, çimərlik futbolu üzrə Azərbaycan millisi DÇ-nin seçmə mərhələ oyunları üçün bu oyunçuları sifariş edib:

Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov

Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Orxan Məmmədov
Fuad Hüseynov
İsa Zeynalli
Sabir Allahquliyev
Ramil Əliyev
Kamran Qürbətov
Amid Nəzərov
Hüseyn Axundov
Tural Qurbətov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: