Renat Dadaşov İsveçrədə daha bir qol vurdu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası yeni mövsümə hazırlıq çərçivəsində İsveçrənin digər təmsilçisi “Lozanna Uşi” ilə yoxlama oyunu keçirib.

Futbolçumuzun komandası aşağı liqa təmsilçisi ilə görüşdən məğlubuyyətlə ayrılıb – 1:2.

Renat Dadaşov bu görüşün ikinci hissəsində meydana buraxılıb. Komandasının yeganə qolunu da 79-cu dəqiqədə məhz azərbaycanlı hücumçu vurub.

Xatırladaq ki, Azərbaycan yığmasının hücumçusu 2022-ci ilin iyul ayından “Qrasshopper”də forma geyinir. 24 yaşlı forvard bu komandanın heyətində meydana çıxdığı 35 oyunda 9 qol və 5 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra” kimi komandalarda da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: