“Real”ın və Uels yığmasının sabiq hücumçusu Qaret Beyl furbolçu karyerasını nədən erkən – 33 yaşında bitirmək qərarına gəldiyini açıqlayıb.
Arena.az “Goal” portalına istinadən Beylin bu xüsusda fikrini diqqətinizə çatdırır:
“Oyunu sevməkdən usanmadım, sadəcə istədiyim hər şeyə nail olduğumu hiss etdim. Heç nə haqda təəssüflənmirəm. Mən öz karyeramdan çox razıyam. Uelsə gəlincə, mən həmçinin gələcək nəslə zaman vermək istəyirəm. Ümidvaram, oynadığımız zaman komandamızdan nə gözlədiyimizi və paltardəyişmə otağında nə etdiyimizi onlara göstərdim. Oynamaq əvvəlki kimi mənim xoşuma gəlirdi, amma o yerə çatdı ki, mən öz ailəmlə daha çox vaxt keçirmək istəyirdim. Övladlarım o qədər sürətlə böyüyürlər ki, mənə elə gəlirdi ki, çox şeyi əldən vermişəm”, deyə Beyl bildirib.
Xatırladaq ki, Qaret Beyl karyerası ərzində “Sauthempton”, “Tottenhem”, “Real” və “Los Anceles” klublarında çıxış edib. Beylin karyerasının ən uğurlu dövrü “Real”da çıxış etdiyi illəri əhatə edir. Beyl “Kral klubu” ilə 3 dəfə La Liqanı, 1 dəfə İspaniya Kral Kubokunu, 1 dəfə İspaniya Super Kubokunu, 5 dəfə UEFA Çempionlar Liqasını, 2 dəfə UEFA Super Kubokunu və 3 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.


