Vladislav Vasilyuçek “Kəpəz”də – Rəsmi

Belarusun “Slutsk” klubunun qapıçısı Vladislav Vasilyuçek Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”ə transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı qolkiperlə 1 illik (2024-cü ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Vladislav Vasilyuçek bu ilin martından “Slutsk”da forma geyinirdi. O, bu komandada 15 oyuna çıxıb, 18 qol buraxıb, 3 “quru” matç keçirib. Belaruslu qolkiper “Neman” (Qrodno), “İsloç”, “Qorodeya”, “Lida”, “Mikaşeviçi” və “Smorqon” kimi klubların da formasını geyinib. O, Belarusun aşağı yaş qrupları üzrə yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Xatırladaq ki, “Kəpəz” daha öncə Vurğun Hüseynov, Zamiq Əliyev, Əli Səmədov və Ehtiram Şahverdiyevi də transfer edib, “Qəbələ”dən Rüfət Əhmədovu, “Səbail”dən isə Elmir Tağıyevi icarəyə götürüb. Gəncə klubu Elçin Əlicanov, Yeqor Xvalko, Tural Rzayev, Kamran İbrahimov və Mate Krivkviya ilə də yeni müqavilə bağlayıb. Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı, Georgi Kantariya və Ahmed Ayzaya isə komandadan ayrılıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: