“Kəpəz” yeni mövsümə “Dalğa Arena”da hazırlaşacaq

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Kəpəz” təlim-məşq toplanışının növbəti mərhələsini Bakıda keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “sarı-göylər” iyulun 28-nə kimi paytaxtda qalacaqlar. Təlim-məşq toplanışı “Dalğa Arena”da olacaq.

Məşq proqramına əsasən bu gün iki məşq var. Dünən “Zirə” ilə yoxlama oyununda iştirak edən futbolçular bərpaedici məşqlə kifayətlənəcəklər. Yüngül zədəsi olan Abdullahi Şuaybu, Tural Rzayev və komandaya gec qoşulan Mate Kvirkviya isə fərdi halda çalışacaqlar.

Xatırladaq ki, “Kəpəz” hazırlıq çərçivəsində artıq iki yoxlama oyunu keçirib. Azər Məmmədov komandasını “Səbail” və “Zirə” ilə görüşlərdə sınaqdan keçirib. Gəncəlilər hər iki görüşdə 1:2 hesablı məğlubiyyətə üzülüblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: