Karlo Ançelotti Arda Gülərin oyun səviyyəsinə qiymət verdi

“Real” baş məşqçisi Karlo Ançelotti madridlilərin türk yarımmüdafiəçisi Arda Gülərin oyunu ilə bağlı fikirlərini bölüşüb.

Arena.az bu barədə “Madrid Zone” portalına istinadən məlumat verir.

“Gülər çoxlu əla keyfiyyətlərə malikdir. Düşünürəm ki, o, “Real”ın azarkeşlərinin xoşuna gələcək”, deyə Ançelotti bildirib.

Arda Gülər “Gənclərbirliyi”nin yetirməsidir. O, 2014-2019-cu illərdə “Gənclərbirliyi”nin akademiyasında olub, daha sonra “Fənərbaxça”ya keçib. Gülər “Fənərbaxça”nın əsas komandasının heyətində 51 oyuna çıxıb, 9 qol vurub, 12 məhsuldar ötürmə verib. Eyni zamanda “Barselona”nın hədəfində olan Gülər, son anda “Kral klubu”nun leyinə seçim edərək, madridlilərlə müqavilə bağlayıb.

Gülər Türkiyə yığmasının heyətində 4 oyuna çıxıb, bir qol vurub.

“Transfermarkt” internet-portalı Arda Güləri 15 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Türkiyə mətbuatında Gülər “türk Messi” təxəllüsü ilə təqdim edilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: