Kamran Quliyev “Neftçi”dən getdi – Rəsmi

Kamran Quliyev Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti vəzifəsindən azad edilib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xatırladaq ki, Kamran Quliyev 2018-ci ildən bu kluba rəhbərlik edirdi. Onun dövründə “Neftçi” ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb. Quliyev daha öncə “Sumqayıt”da da prezident kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: