Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təlim-məşq toplanışında olan Səudiyyə Ərəbistanı yığması ilə 3-cü yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında baş tutan oyun millimizin 7:3 hesablı qələbəsi ilə başa çatıb.
Komandamızın heyətində Comərd Baxşəliyev və Orxan Məmmədov dubla imza atıblar. Digər qollaı Elşad Manafov, Elçin Qasımov və Ramil Əliyev vurublar.
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyunda Azərbaycan millisi 3:1 hesabıyla qalib gəlmişdi. İkinci sınaq görüşü isə ərəblərin 5:3 hesablı qələbəsiylə bitmişdi. Bu iki komanda arasında sabah daha iki oyun baş tutacaq. Oyun saat 18:00-da başlayacaq.
Azərbaycan millisinin baş məşqçi Zeynal Zeynalov bu toplanışa aşağıdakı oyunçuları cəlb edib:
Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov
Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Orxan Məmmədov
Fuad Hüseynov
Bayram Paşazadə
İsa Zeynallı
Sabir Allahquliyev
Ramil Əliyev
Tural Qurbatov
Kamran Qürbətov
Amid Nəzərov


