İtaliyanın “Bastiya” və “İnter” (Milan) klublarının yetirməsi olan yarımmüdafiəçi Pyer Zebli bundan sonra “Zirə”də forma geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
Fil Dişi Sahilindən olan Pyer Zebli karyerası ərzində İtaliyanın “Peruca”, “Askoli”, “Katolika”, Belçikanın “Genk”, Bolqarıstanın “Çarsko Selo” və “Lokomotiv” (Plovdiv) klublarının şərəfini qoruyub. Ölkəsinin U-20 yığmasında da oynamış yarımmüdafiəçi ötən ilin iyulundan formasını geyindiyi “Lokomotiv”də 35 oyuna cəmi 1 qol vurub.
Xatırladaq ki, “Zirə” daha öncə Məqsəd İsayev, İsmayıl İbrahimli, Ruan Renato, Fuad Bayramov və Tiaqo Silvanı da heyətinə qatmışdı.
Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov, Mois Adileu, Ruslan Abışov, Cəlal Hüseynov, Sərtan Taşkın, Məhəmməd Hamdaui, Donald Gerye və Nemanya Andelkoviç isə komandanı tərk ediblər.
Hacıağa Hacılı, Anar Nəzirov və Rüstəm Əhmədzadə də klubla yeni müqavilə bağlayıb.


