Olavale Onanuqa: “Kəpəz”də özümü evimdəki kimi hiss edirəm”

“Kəpəz”in yeni transferi, nigeriyalı yarımmüdafiəçi Olavale Onanuqa Gəncə klubunun mətbuat xidmətinə açıqlama verib.

Arena.az xbər verir ki, komandasının təlim-məşq toplanışından söz açan 25 yaşlı afrikalı yeni mövsümə hazır olduqlarını düşünür:

“Bura gəldiyimə görə şadam. Mehriban kollektivimiz var. Özümü evimdəki kimi hiss edirəm. Komandaya uyğunlaşma dövrüm tez keçir. Vaxt keçdikcə daha yaxşı formada olacağam. Komanda şəklində əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

Hazırlığımız yaxşı gedir. Məşqçilərimizin bizdən nə istədiklərini bilirik. Həmin tapşırıqları yerinə yetirməyə çalışırıq. Məqsədimiz uğurlu çıxış etməkdir. Bunun üçün səylə məşq edirik”.

Xatırladaq ki, Olavale Onanuqa “Kəpəz”ə bu yay Albaniyanın “Kastroiti” klubundan keçib. 25 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: