“Neftçi”nin Konfrans Liqasındakı növbəti rəqibi – “Beşiktaş”!

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Neftçi”nin bu turnirin 3-cü təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

Arena.az xəbər verir ki, “ağ-qaralar” növbəti raundda Türkiyənin “Beşiktaş” komandası ilə üz-üzə gələcəklər.

İstanbul təmsilçisi 2-ci təsnifat mərhələsinin cavab oyununda Albaniyada “Tirana”ya 2 cavabsız qolla qalib gəlib. İlk matçda da rəqibini 3:1 hesabıyla məğlub etmiş “qara qartallar” iki matçın nəticəsinə əsasən mərhələ adlayıblar.

Xatırladaq ki, Azərbaycan təmsilçisi də 2-ci raundda Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”dan güclü olub. Səfərdə 2:2 hesablı heç-heçəyə nail olan Bakı klubu doğma meydanda 2:0 hesabıyla qalib gəlib.

Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin qarşılaşmaları 10-17 avqustda keçiriləcək. “Neftçi” “Beşiktaş”a qarşı ilk oyununu səfərdə, cavab matçını evdə keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: