Yurgen Klopp ondan avtoqraf istəyən azarkeşlərə qəzəbləndi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandasının “Bayern”lə yoldaşlıq görüşündə 3:4 hesablı məğlubiyyətindən sonra pərişan olub.

Arena.az bu barədə “Daily Mail”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Klopp klub azarkeşlərinin avtoqraf istəməsinə emosional reaksiya verib. Azarkeşlər avtobusa minməzdən əvvəl Klopdan avtoqraf istəyiblər və mütəxəssis bunun müqabilində sərt cavab verib: “Çox tez. Həqiqətən vaxtım yoxdur”.

Eyni zamanda, köynəyi Kloppa ötürərkən, onu yerə salıblar və bu da alman mütəxəssisin xoşuna gəlməyib. Klopp bunun cavabında əlavə edib: “Və sən bu lənətə gəlmiş köynəyi saxlamalısan”.

Xatırladaq ki, “Liverpul” “Bayern”ə qarşı keçirdiyi yoldaşlıq oyununda iki top fərqi ilə öndə ikən, bu üstünlüyünü əldən verib. Daha sonra yenə önə çıxan “qırmızılar” bu üsyünlüyünü də qoruya bilməyiblər. Sonuncu dəqiqədə isə almanlar qələbə topunu vuraraq, ikiqat əzmkarlıq nümayiş etdirdikləri oyundan qalibiyyətlə ayrılıblar.

Yurgen Klopp 2015-ci ildən “Liverpul”a rəhbərlik edir. Alman mütəxəssisin “Liverpul”la müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: