Ramil Şeydayev oynadı, komandası super kuboku əldən verdi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, super kubok xarakteri daşıyan Çempionlar Kuboku uğrunda oyunun iştirakçısı olub.

“Buriram Yunayted” “Banqkok Yunayted”lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə 0:2 hesabıyla uduzaraq yeni mövsümə titulla başlamaq şansını əldən verib.

Şeydayev bu oyuna start heyətində başlayıb və sonadək mübarizə aparıb.

Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də kubokun qalibi olub. Futbolçumuzun komandası kubokun finalında məhz “Banqkok Yunayted”ə 2:0 hesabıyla qalib gəlmişdi.

Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: