Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 3-cü turu çərçivəsində “Bazel”lə qarşılaşıb.
“Qrasshopper” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə başa çatıb – 3:1.
Renat Dadaşov bu görüşün ilk dəqiqələrindən meydanda olub və 68-ci dəqiqədə əvəzlənib. Komandasının sonuncu qolunu da azərbaycanlı futbolçu vurub. O, 37-ci dəqiqədə fərqlənməklə yeni mövsümdə qol hesabını açıb.
“Qrasshopper” 3 turdan sonra 4 xalla 12 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.


