Çimərlik futbolu üzrə Azərbaycan millisi Belarusun paytaxtı Minsk şəhərində keçirilən MDB Oyunlarında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, yığmamız dördüncü sınağında Özbəkistan milli komandası ilə qarşılaşıb.
Millimiz bu oyunda 3:2 hesabı ilə qələbə qazanıb. Orxan Məmmədovun dubl etdiyi oyunda komandamızın digər qolunu Sabir Allahquliyev vurub.
Millimiz turnirdə növbəti oyununu sabah Misir yığmasına qarşı keçirəcək. 5-ci yer uğrunda oyuna Bakı vaxtı ilə saat 16:30-da start veriləcək.
Xatırladaq ki, Azərbaycan millisi bundan əvvəlki oyunlarında İran yığmasına 1:3, meydan sahibi Belarusa isə 1:5 hesabıyla məğlub olmuşdu. Komandamız yalnız üçüncü cəhdində Birləşmiş Ərəb Əmirlikləri komandasına 7:3 hesabıyla qalib gəlmişdi.


