AFFA-da Birinci və İkinci Liqa klubları ilə ilk görüş

Bu gün AFFA-nın inzibati binasında yeni mövsümdən təşkil olunacaq Birinci və İkinci Liqa klublarının nümayəndələri ilə görüş keçirilib.

Arena.az xəbər verir ki, əvvəlcə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov çıxış edib.

Cari mövsümdən tətbiq ediləcək yeniliklər barəsində məlumat verən Abbasov idman prinsiplərinə əməl etməyin vacibliyi, turnirlərin keçirilmə qaydaları, infrastruktur kimi məsələləri xüsusi vurğulayıb. Daha sonra Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, həmçinin eyni şöbənin baş mütəxəssisi Elvin Yaqubov klublara yarışların elektron sistemi – “PFL baza” haqqında müfəssəl məlumat veriblər.

Ardınca AFFA qeydiyyat və statistika şöbəsinin baş mütəxəssisi Eldar Məmmədov futbolçuların qeydiyyatı zamanı nəzərə alınmalı məqamlar barədə çıxış edib.

Ümumilikdə 2 saata yaxın davam edən görüş klub nümayəndələrinin suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: