Nicat Abbasov Dünya Kubokunda 1/8 finala yüksəldi!

Azərbaycan şahmatçısı Nicat Abbasov Bakıda təşkil olunmuş Dünya Kubokunda 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, qrossmeyster 1/16 finalda FİDE adından çıxış edən Pyotr Svidlerlə dueldən qalib ayrılmaqla buna nail olub.

Abbasovla Svidler arasında ilk rapid oyunu bərabərliklə yekunlaşıb. İkinci rapid mübarizəsinin mittelşpilində mürəkkəb vəziyyət yaranıb. Abbasov rəqibin piyadasını götürərək onun təşəbbüsünün qarşısını alıb. Sonda Azərbaycan təmsilçisi gözlənilməz taktiki gedişlə “ağlar”ın məğlubiyyətini rəsmiləşdirib.

Qeyd edək ki, Nicat Abbasov ilk dəfə Dünya Kubokunda bu cür nəticəyə imza atıb.

Xatırladaq ki, Dünya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları avqustun 12-də baş tutacaq. Nicat Abasovun rəqibi BƏƏ təmsilçisi Saleh Salem olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: