Avqustun 16-da AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası baş tutacaq.
Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, toplantı saat 10:00-da başlayacaq. İclasın gündəliyinə bu məsələlər daxil edilib:
- 2023/2024-cü illər mövsümündə İkinci Liqada çıxış edəcək komandaların siyahısının təsdiqi;
- Digər məsələlər.
Xatırladaq ki, İkinci Liqada iştirak edəcək komandaların ilkin siyahısı AFFA İcraiyyə Komitəsinin əvvəlki iclasında təsdiqlənmişdi. Lakin görünür həmin siyahıda hansısa dəyişikliklər olacaq.


