Nigeriyanın “Dino Sportinq” klubunun gənc hücumçusu Oluvaseun Timilehin Azərbaycan təmsilçisi “Sabah”a keçib.
Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 18 yaşlı futbolçunu icarə əsasında heyətinə qatıb.
İstedadlı futbolçu hələlik “Sabah”ın əvəzedici komandasında çıxış edəcək. Lakin onun gələcəkdə əsas komandaya cəlb olunması da istisna edilmir.
Qeyd edək ki, Oluvaseun Timilehin artıq “Sabah”ın əvəzedici komandasında 2 rəsmi oyuna da çıxıb. O, Əvəzedicilər Liqasının 1-ci turunda “Qəbələ”nin ikinci komandasında 1:3 hesabıyla uduzduqları görüşün 58-ci dəqiqəsində meydana buraxılıb.
Ötən gün keçirilən “Sumqayıt”ın əvəzediciləri görüşdə isə nigeriyalı hücumçu ilk dəqiqələrdən meydanda olub. Komandasının 5:2 hesablı qələbəsində Timilehin də xüsusi pay sahibi olub. O, 14 və 46-cı dəqiqələrdə vurduğu qollarla ilk dublunu rəsmiləşdirib və 83-cü dəqiqədə əvəzlənib.






