Voleybol üzrə Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligil qarşıdakı Avropa çempionatı üçün yekun heyəti açıqlayıb.
Arena.az xəbər verir ki, türkiyəli mütəxəssis yekun heyətdə bu 15 voleybolçuya şans verib:
Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova,
Blokçular: Ayşən Abduləzimova (k), Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko.
Oyunqurucuları: Kristina Besman, Yana Doroşenko,
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.
Baş məşqçi: Ataman Güneyligil.
Yığmamızın çalışdırıcısı ilkin heyətdən yalnız Ülkər Kərimova və Şəfaqət Alışanovaya ehtiyac duymayıb. Onların adları yekun heyətdən çıxarılıb.
Xatırladaq ki, ötən gün start götürmüş Avropa çempionatı sentyabrın 3-nə qədər davam edəcək. Qitə birinciliyinə Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək.
Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq. Komandamız ilk oyununu avqustun 18-də Çexiyaya qarşı keçirəcək. Bu oyuna saat 22:00-da start veriləcək.


