Birinci və İkinci Liqalarda püşkatma tarixi açıqlandı

Futbol üzrə Azərbaycan çempionatının Birinci və İkinci Liqalarında 2023/2024 mövsümünün püşkatma mərasimi keçiriləcək.

Arena.az xəbər verir ki, avqustun 22-də təşkil olunacaq tədbirə saat 15:00-da start veriləcək.

AFFA-nın inzibati binasında baş tutacaq tədbirə bütün media nümayəndələrinin dəvətli olduğu diqqətə çatdırılıb. Bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: