Avropa Konfrans Liqasında pley-offun bütün cütləri

Futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsində üz-üzə gələcək bütün kollektivlər müəyyənləşib.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Sabah”ı mübarizədən kənarlaşdırmış Serbiya “Partizan”ı pley-offda “Nordsyelland”la (Danimarka) qarşılaşacaq.

“Neftçi” üçün keçilməz olan “Beşiktaş”ı (Türkiyə) isə Kiyev “Dinamo”su (Ukrayna) ilə oyunlar gözləyir.

Türkiyənin bu turnirdəki digər təmsilçilərindən “Fənərbaxça” pley-offda Niderland “Tvente”si ilə üz-üzə gələcək. “Adana Dəmirspor”u isə Belçika “Genk”i ilə çətin sınaq gözləyir. “Fənərbaxça” pley-offdakı ilk oyununu evdə keçirəcək. “Adana Dəmirspor”la “Beşiktaş” isə əvvəlcə səfərdə, sonra evdə oynayacaq.

Xatırladaq ki, Avropa Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də keçiriləcək. Cavab görüşləri isə ayın 31-də baş tutacaq.

Avropa Konfrans Liqası
Pley-off mərhələsi

Çempionlar yolu

“Ballkani” (Kosovo) – BATE (Belarus)
“Jalgiris” (Litva) – “Ferentsvaroş” (Macarıstan)
“Struqa” (Şimali Makedoniya) – “Breydablik” (İslandiya)
“Farul” (Rumıniya) – HJK (Finlandiya)
“Astana” (Qazaxıstan) – “Partizani” (Albaniya)

Əsas yol

“Levski” (Bolqarıstan) – “Ayntraxt” (Almaniya)
APOEL (Kipr) – “Gent” (Belçika)
“Spartak” (Trnava, Slovakiya) – “Dnepr-1” (Ukrayna)
“Sepsi” (Rumıniya) – “Bodo Qlimt” (Norveç)
“Tobol” (Qazaxıstan) – “Viktoriya” (Çexiya)
“Hibernian” (Şotlandiya) – “Aston Villa” (İngiltərə)
“Midtyulland” (Danimarka) – “Legiya” (Polşa)
“Lill” (Fransa) – “Riyeka” (Xorvatiya)
“Genk” (Belçika) – “Adana Dəmirspor” (Türkiyə)
“Fənərbaxça” (Türkiyə) – “Tvente” (Niderland)
“Dinamo” (Kiyev, Ukrayna) – “Beşiktaş” (Türkiyə)
“Alkmaar” (Niderland) – “Brann” (Norveç)
“Rapid” (Avstriya) – “Fiorentina” (İtaliya)
“Harts” (Şotlandiya) – PAOK (Yunanıstan)
“Nordsyelland” (Danimarka) – “Partizan” (Serbiya)
“Osasuna” (İspaniya) – “Brügge” (Belçika)
“Makkabi” (Təl-Əviv, İsrail) – “Çelye” (Sloveniya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: