19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı olacaq.
Arena.az xəbər verir ki, baş məşqçi Aqil Nəbiyev bu təlim-məşq toplanışına 23 futbolçu dəvət edib.
O, seleksiya xarakterli hazırlıq dönəmində ümumilikdə 11 klubun oyunçusunu sınaqdan keçirəcək. Millidə ən çox futbolçu ilə “Qarabağ” və “Səbail” təmsil olunurlar. Adı çəkilən klubların hər biri avqustun 22-dən 24-nə qədər davam edəcək toplanışa 4 oyunçu göndərib.
AFFA-dan verilən məlumata görə, yığmamız bu müddət ərzində Birinci Liqa təmsilçisi MOİK və “İmişli” ilə yoxlama oyunları da keçirəcək.
1. Davud Şabanov – Zaqatala FK
2. Səlim Həşimov – Zirə FK
3. Nicat Məmmədzadə – Səbail FK
4. Ömər Qurbanov – Zirə FK
5. Hüseyn Hüseynov – Turan Tovuz PFK
6. Zaman Zamanlı – Səbail PFK
7. Saleh Süleymanov – Cəbrayıl FK
8. Arzu Atakişiyev – Kəpəz FK
9. Emil Bünyadzadə – Qarabağ FK
10. Nihad Əliyev – Neftçi PFK
11. Sənan Muradlı – Sumqayıt FK
12. Elgün Dünyamalıyev – Sabah FK
13. İlkin Budaqov – Qəbələ İK
14. Uğur Səfərov – Qarabağ FK
15. Altayturan Bektaşoğlu – Turan Tovuz PFK
16. Adəm Topalov – Səbail PFK
17. İbrahim İbrahimli – Qarabağ FK
18. Yaqub Yusubov – Sabah FK
19. Nihad Mehrəliyev – Qarabağ FK
20. Əsəd Əsədli – Turan Tovuz PFK
21. Kənan Baxışov – Qəbələ İK
22. Xəyyam Məmmədli – Qəbələ İK
23. İftixar İbrahimov – Səbail PFK


